<-- əvvələ qayıt

"Bursaspor" millimizin iki üzvündən birin toplanışa apardı

14.07.2017 23:45 | Oxunma sayı: 438
Xəbərin şəklinə bax

"Bursaspor" millimizin üzvü Deniz Yılmazı Avstriyadakı təlim məşq toplanışına aparmır. Stadium.Az xəbər verir ki, "timsahlar"ın yeni baş məşqçisi Pol Le Quen 28 nəfərlik heyətdə Denizə yer verməyib.

U-21 yığmamızın üzvü Ozancan Kökçünün adı isə heyətdədir. Bilal Kısa, Serdar Kurtuluş, Emre Taşdemir və Furkan Özçal isə zədəli olduqlarından Türkiyədə qalacaqlar.  İyulun 16-da Hall in Troll bölgəsində məşqlərə başlayacaq "Bursaspor" ayın 28-də hazırlığın ilk mərhələsinə başa vuracaq. 


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012