<-- əvvələ qayıt

"Başakşəhər"dən iki transfer

14.07.2017 23:20 | Oxunma sayı: 299
Xəbərin şəklinə bax

İstanbulun "Başakşəhər" klubu daha 2 transferi rəsmiləşdirib. Stadium.Az xəbər verir ki, İstanbul klubu Mevlut Erdinç və Gökhan İnleri heyətə qatıb.

Hər iki futbolçu 2020-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləyə imza atıb. Erdinçin son klubu Almaniyanın "Hannover" kollektivi olub. Onun "Hannover"lə müqaviləsi 2018-ci ildə başa çatırdı.

Gökhan İnler son olaraq "Beşiktaş" formasını geyinib. O, "Başakşəhər"ə azad agent kimi gəlib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012