<-- əvvələ qayıt

Qurban Qurbanov III mərhələdki rəqibləri barədə danışdı

14.07.2017 17:34 | Oxunma sayı: 1034
Xəbərin şəklinə bax

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Qarabağ” II mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Stadium.Az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i keçiriləcək “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

"Qarabağ" ilk oyunda evdə 5:0 hesabı ilə məğlub etdiyi gürcülərin iyulun 18-də Tiflisdə qonağı olacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012