<-- əvvələ qayıt

Kipr UEFA klub reytinqində bizi qabaqladı

14.07.2017 17:13 | Oxunma sayı: 775
Xəbərin şəklinə bax

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA klub reytinqindəki mövqeyinə təsirsiz qalmayıb. Stadium.Az xəbər verir ki, ölkəmiz reytinqdə geriləyib. 

Avroliqada mübarizə aparan "Qəbələ" doğma meydanda Polşa "Jagiellonia"sı ilə 1:1 hesablı heç-heçə edib, “Zirə” Rumıniyada “Astra”ya 1:3 hesabı ilə uduzub Təmsilçilərmiz mümkün 0.500 xaldan cəmi 0.125 xal yazdırdı. Bu nəticədən sonra ölkəmiz klub reytinqində 1 pillə geriləyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 16.375 xalla 22-ci pillədəyik. Ölkəmizi geridə qoyan isə Kipr oldu. Hər 3 təmsilçisi qələbə qazanan adalıların aktivində 16.425 əmsal var. Bundan başqa bizdən bir pillə arxada olan Belarusun da xalı bizimkilərlə eynidi. Sadəcə, cari mövsümdə qazanılan xalların çoxluğuna görə üstün olan tərəf ölkəmizdi. 24-cü sırada olan İsveçin 16.225, Bolqarıstanın isə 16.125 xalı var. Cari mövsümdə klublarmız meydana çıxdığı 8 görüşdə 6 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə yadda qalıblar.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012