<-- əvvələ qayıt

"Qalatasaray" Bakıya gələ bilər, "Qəbələ", "Zirə"nin potensial rəqibləri məlum oldu

14.07.2017 15:22 | Oxunma sayı: 1442
Xəbərin şəklinə bax

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Stadium.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  Azərbaycan təmsilçiləri "Qəbələ”, "İnter” və "Zirə”nin də mümkün rəqibələri bəlli olub.

"Qəbələ” "Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə  Yunanıstanın "Panatinaikos" klubu ilə  qarşılaşacaq.

"İnter”  ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi "Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) -  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

"Zirə” - "Astra" (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq.



<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012