<-- əvvələ qayıt

"Qarabağ"ın potensial rəqibi məlum oldu

14.07.2017 14:17 | Oxunma sayı: 2338
Xəbərin şəklinə bax

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Stadium.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi ilk matçda 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nı keçsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk görüşdə Moldova təmsilçisi rəqibini 1:0 hesabı ilə üstələyib.

İlk oyunlar 25 - 26 iyulda, cavab matçları 1 - 2 avqustda keçiriləcək.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012