<-- əvvələ qayıt

Ayxan Abbasov: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq”

14.07.2017 01:46 | Oxunma sayı: 220
Xəbərin şəklinə bax

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq”.

Stadium.Az xəbər evrir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının II təsnifat mərhələsində “Astra”ya uduzduqları oyundan (1:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasından razı qaldığını bildirib: “Futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012