<-- əvvələ qayıt

Millimiz FIFA reytinqində yerini dəyişmədi

12.01.2017 13:43 | Oxunma sayı: 738
Xəbərin şəklinə bax

FİFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.

Millimiz 386 xalla 90-cı pillədə qərarlaşıb. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində rəqiblərimizdən ən yüksək göstərici Almaniya millisinə məxsusdur. Bundestim 1433 xalla 3-cü pillədə qərarlaşıb. Şimali İrlandiya dünyanın ən güclü millilərinin siyahısında 32-ci, Çexiya isə 43-cüdür. Norveç millisi isə 84-cü pillədə qərarlaşıb. İkinci yüzlükdə yer alan San-Marino yığması 202-cidir. Reytinqə Argentina millisi başçılıq edir.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012