<-- əvvələ qayıt

"Ronaldonu "Real” tarixinin ən yaxşı futbolçusu hesab edə bilmərəm”.

12.01.2017 11:28 | Oxunma sayı: 858
Xəbərin şəklinə bax

“Real”ın sabiq baş məşqçisi Visente del Boske ulduz futbolçu Kriştiano Ronaldo barədə danışıb

Stadium.az xəbər verir ki, Del Boske onu “Real” tarixinin ən güclü futbolçusu hesab etmədiyini bildirib. O, “Real”ın tarixində Raul və Xento kimi futbolçuların olduğunu vurğulayıb:

“Əlbəttə, Ronaldo yüksək səviyyəli futbolçudu. Ancaq unutmayaq ki, “Real”da Raul və Xento kimi oyunçular olub. Hər bir futbolçunun öz epoxası var. Ona görə də mən Ronaldonu birmənalı şəkildə “Real” tarixinin ən yaxşı futbolçusu hesab edə bilmərəm”.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012