<-- əvvələ qayıt

Ronaldonun mükafatlandırılması zamanı FİFA-dan oğurluq ediblər

11.01.2017 16:43 | Oxunma sayı: 1044
Xəbərin şəklinə bax

FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən əvvəl oğurluq hadisəsi baş verib. 

"Daily Mail" qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sının oğurlandığını yazıb.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"nin studiyasına gedərkən yoxa çıxdığı bildirilir.

"Hublot Big Bang" saatlarının birinin dəyəri təqribən 12 min avrodur.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012