<-- əvvələ qayıt

Azərbaycanlı futbolçu Yunanıstan klubunda - XƏBƏRİMİZ TƏSDİQLƏNDİ

11.01.2017 16:27 | Oxunma sayı: 1195
Xəbərin şəklinə bax

"Sumqayıt"ın futbolçusu Amit Quluzadə karyerasını Yunanıstanda oynayacaq. Stadium.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Super Liqada çıxış edən "AEL Larissa" klubu ilə 2,5 illik müqavilə bağlayıb.

"AEL Larissa" 14 oyundan sonra 13 xalla turnir cədvəlində 16 komanda arasında 13-cü yeri tutur.

"Qəbələ"nin slovakiyalı sabiq müdafiəçisi Pavol Farkaşla, braziliyalı Dodo da bu komandanın heyətində çıxış edir. 

Quluzadə karyerası ərzində "Neftçi", "Kayseri Erciyəsspor", "Rəvan", "Qəbələ", "Atletiko Portugal" və "Sumqayıt" komandalarının şərəfini qoruyub.  

QEYD: Bu keçid barədə ilk dəfə Stadium.Az saytı xəbər yaymışdı


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012