<-- əvvələ qayıt

Millimiz Qazaxıstana məğlubiyyətdən qaça bildi

11.01.2017 16:24 | Oxunma sayı: 452
Xəbərin şəklinə bax

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir. 

Stadium.Az xəbər verir ki, U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib. Qrupun digər oyununda Slovakiya ilə Litva milliləri qarşılaşacaq.

Yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.

11 yanvar

13:00. Azərbaycan - Qazaxıstan - 2:2

Qollar: Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53 - Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012