<-- əvvələ qayıt

Ronaldo: "Messinin nömrəsi məndə yoxdur"

11.01.2017 15:58 | Oxunma sayı: 515
Xəbərin şəklinə bax

"Real"ın ulduz futbolçusu Kriştanu Ronaldo "Barselona" futbolçularının FİFA-nın "The Best" mükafatının təqdimat mərasiminə gəlməməsindən narazılıq edib.

Stadium.Az xəbər verir ki, portuqaliyalı futbolçu bunları deyib:

"Messidən təbrik mesajı almamışam. Onun nömrəsi məndə yoxdur. O, "Qızıl top"u qazananda həmişə təbrik etmişəm. Amma Sürixdəki mərasimdə Messi yox idi. Məni heç təbrik də etmədi. İstərdim ki, mərasimdə təkcə Messi yox, "Barselona"nın digər futbolçuları da iştirak edərdi.

Başa düşürəm, İspaniya kubokunda çətin oyunları vardı. Futbolçu həmişə klubun istədiyini edir. Mən də, həmçinin. Bütün "Qızıl top"un təqdimetmə mərasimlərində olmuşam. Hər dəfə namizədlər sırasına daxil edilsəm, yenə də gələcəm".


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012