<-- əvvələ qayıt

"Beşiktaş"dan daha bir transfer

11.01.2017 00:48 | Oxunma sayı: 887
Xəbərin şəklinə bax

"Beşiktaş" klubu daha bir futbolçunu heyətinə cəlb edib. Stadium.Az xəbər verir ki, İstanbul təmsilçisi “Zarya”nın müdafiəçisi Eduard Sobolu transfer edib.

Müqavilə ilə Donetsk "Şaxtyor"una məxsus olan 21 yaşlı futbolçu ilə 6 aylıq icarə müqaviləsi imzalanıb. Gənc futbolçu İstanbul klubunda yarım mövsüm ərzində  300 min avro qazanacaq.

Sobol Ukrayna millisinin üzvüdür. "Beşiktaş" qış transfer pəncərəsində "Deportivo"dan Ryan Babeli də transfer edib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012