<-- əvvələ qayıt

Prosineki o futbolçunu izləmək üçün Türkiyəyə gedir

11.01.2017 00:33 | Oxunma sayı: 1210
Xəbərin şəklinə bax

Millimizin baş məşqçisi Robert Prosineçki hazırda U-21 millimizin düşərgəsində olan "Feyenoord"un futbolçsu Ozan Kökcünün oyununu izləyəcək.

Stadium.Az xəbər verir ki, bu barədə  Türkiyə mətbuatın məlumat yayıb. Xorvatiyalı mütəxəssisin 18 yaşlı oyunçunu izləmək üçün yanvarın 13-ü Türkiyəyə gedəcəyi bildirilib.

Xəbərdə o da qeyd olunub ki, Türkiyə millisinin baş məşqçisi Fatih Terim də gənc oyunçu ilə maraqlanır.

Kökcünün atası Halis Kökcü bildirib ki,  O.Kökcü və digər oğlu  Orkun Kokcu  Türkiyə millisində oynamaq istəyirlər:

"Uşaqlarımın ürəyi Türkiyədən yanadır. Onların tək arzusu bu formanı şərəflə geyinməkdir. Avropadakı hansı türk uşağından soruşursunuzsa, soruşun. Ən böyük şərəf o formanı daşımaqdır".

U-21 millimizin Antalyadakı təlim-məşq toplanışına Ozan Can Kökcü də dəvət olunub.

 U-21 yığması yanvarın 12-də Almaniyanın "Rot Vays Erfurt", yanvarın 14-də isə Qazaxıstanın "Okjetpes” komandası ilə qarşılaşacaq.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012