<-- əvvələ qayıt

"Səbail" daha bir transfer gerçəkləşdirdi

11.01.2017 00:29 | Oxunma sayı: 941
Xəbərin şəklinə bax

"Səbail" qış transfer dövründə dördüncü transferini həyata keçirib. Stadium.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpur la 1 illik müqavilə imzalanıb.

Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012