<-- əvvələ qayıt

Messinin heykəlini dağıtdılar

10.01.2017 13:34 | Oxunma sayı: 494
Xəbərin şəklinə bax

Argentinanın paytaxtı Buenos-Ayresdə Lionel Messinin heykəlinə hücum olunub. Stadium.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxslər heykəli ortadan qırıblar.

Bu abidə təxminən 6 ay öncə qoyulmuşdu. Şəhərin icra orqanları Messinin heykəlini ən qısa zamanda bərpa edəcəyinə söz verib.

Ulduz futbolçu həmyerliləri tərəfindən bir neçə dəfə tənqidə məruz qalıb. Onlar Messinin millidə və "Barcelona"da fərqli futbol oynamasını əsas gətirirlər.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012