<-- əvvələ qayıt

Rəşad və Prosineçki kimə səs verib?

10.01.2017 13:21 | Oxunma sayı: 825
Xəbərin şəklinə bax

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu seçildiyi barədə məlumat vermişdik.

Stadium.Az xəbər verir ki, FİFA-ya üzv olan federasiyaların milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən səsvermədə Ronaldo 34,54 faiz səslə qalib gəlib.

Onun ən yaxın izləyicisi Lionel Messi (Barselona) 26,42, Antuan Qrizmann (Atletiko) isə cəmi 7,53 faiz səs toplayıb.

Millimizin baş məşqçisi Robert Prosineçki səsvermədə 1-ci yerə Lionel Messini, 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə Antuan Qrizmannı layiq görüb.

Millimizin kapitanı Rəşad Sadıqov isə 1-ci yerə Ronaldonu, 2-ci yerə Messini, 3-cü yerə isə xorvat mütəxəssis kimi Qrizmannı layiq görüb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012