<-- əvvələ qayıt

"Səbail"dən iki transfer

10.01.2017 00:47 | Oxunma sayı: 391
Xəbərin şəklinə bax

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" qış fasiləsində ilk transferlərini gerçəkləşdirib. Stadium.Az xəbər verir ki, paytaxt klubu Aslan Hüseynovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan müdafiəçi bir müddət "Neftçala"nın da formasını geyinib. 

Aslan Hüseynov eyni zamanda dəfələrlə U-17 millimizin heyətində çıxış edib. Son klubu "Zaqatala" olan Ruslan Tağızadə da qış fasiləsindən sonra "Səbail"in şərəfini qoruyacaq. 23 yaşlı sağ cinah müdafiəçisi 1,5 illik müqaviləyə qol çəkib.

U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş Ruslan Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"nın şərəfini qoruyub.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012