<-- əvvələ qayıt

FİFA da Ronaldonu ən yaxşı seçdi

10.01.2017 00:38 | Oxunma sayı: 644
Xəbərin şəklinə bax

FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Stadium.Az xəbər verir ki, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib. 

O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmannı (Fransa, "Atletiko") qabaqlayıb.

Ronaldo ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı qazanan ilk oyunçu olub.

Ronaldo ötən il Portuqaliya millisi ilə "Avro-2016"nı, "Real"la isə Çempionlar Liqası, Avropa superkuboku və klublarası dünya çempionatın kubokunu qazanıb.

Ronaldo "France Football" dərgisinin sorğusunda da 1-ci olaraq "Qızıl top" mükafatına sahib çıxıb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012