<-- əvvələ qayıt

London-2012 Olimpiya oyunlarından 5 il sonra idmançımıza gümüş medal verilib

09.01.2017 15:26 | Oxunma sayı: 768
Xəbərin şəklinə bax

Azərbaycan London-2012 Olimpiya oyunları medalları siyahısına daha birini əlavə edib. Stadium.Az xəbər verir ki, pomorska.pl saytı dopinq qalmaqallarından sonra ağır atletimiz İntiqam Zairovun aktivinə gümüş medal yazdırdığı barədə məlumat yayıb.

Olimpiadanı 6-cı yerdə başa vuran idmançımız dopinq qalmaqalında ilişsə də, sonradan bəraət alıb. Digər idmançıların dopinqdə ilişməsi nəticəsində 6-cı olan idmançımız 2-ci pilləyə yüksəlib. Qızıl medal isə iranlı Səid Məhəmmədpurkarkaranın olub.

Həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında da İntiqam Zairov London Olimpiadasının 2-cisi kimi göstərilib.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012