<-- əvvələ qayıt

"Barselona"nın zəif oynadığını demək istərdim, amma belə deyil"

09.01.2017 14:54 | Oxunma sayı: 593
Xəbərin şəklinə bax

"Barselona"nın baş məşqçisi Luis Enrike "Villrreal"la oyundan (1:1) sonra fikirlərini media ilə bölüşüb. Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəsis nəticədən narazılığını gizlətməyib.

"Barselona"nın zəif oynadığını demək istərdim, amma belə deyil. "Atletik" və "Vilyarreal"a qarşı son oyunları yaxşı keçirdik. Buna baxmayaraq yaxşı nəticə qazana bilmədik. Qol epizodlarımız çox idi. Ona görə komanda olaraq əhval-ruhiyyəmiz yerində deyil.

Oyunun iştirak ərizəsini mən müəyyən edirəm. Rakitiçin "Mançester Siti"yə transferi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Xorvat, ispan və ingilis nəşrlərində belə xəbərlərə rast gəlmişəm".


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012