<-- əvvələ qayıt

İlin ən yaxşıları müəyyən olur

09.01.2017 12:04 | Oxunma sayı: 640
Xəbərin şəklinə bax

Bu gün geridə qalan 2016-cı ilin ən yaxşıları müəyyən olacaq

Stadium.az xəbər verir ki, FİFA tərəfindən keçirilən mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində baş tutacaq. 21:30-da başlayacaq  tədbirdə 7 mükafatın sahibi bəlli olacaq.

İlin ən yaxşı kişi futbolçusu uğrunda  Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”) və Antuan Qrizmann (Fransa, “Atletiko”) mübarizə aparacaq. Qalibə FİFA-nın yeni təsis etdiyi "The Best" mükafatı təqdim olunacaq.


İlin ən yaxşı kişi baş məşqçisi adı uğrunda  Klaudio Ranyeri ("Lester"),  Fernandu Santuş (Portuqaliya) və Zinəddin Zidan ("Real") yarışacaq.

Gecədə təqdim olunacaq Puşkaş mükafatına namizədlər Marlon (Braziliya),  Daniuşka Rodriges (Venesuela) və Mohd Faiz Sabridir (Malaziya).

Bu il ilk dəfə olaraq ən yaxşı azarkeş qrupu mükafatlandırılacaq. Mükafat uğrunda Hollandiyanın "Den Haq", Almaniyanın "Borussiya" (Dortmund), İngiltərənin "Liverpul" klublarının və İslaniya yığmasının azarkeşləri mübarizə aparır


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012