<-- əvvələ qayıt

Bakıda qəbul edilən yeni qaydalar cüdoçular, hakimlər və yerli məşqçilərin diqqətinə çatdırıldı

09.01.2017 02:45 | Oxunma sayı: 558
Xəbərin şəklinə bax

Bakıda başa çatan beynəlxalq seminardan dərhal sonra yerli hakimlər və məşqçi-müəllimlər üçün də seminar keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin bütün bölgələrindən olan 250 nümayəndə işrirak edib.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın vacibliyini vurğulayıb. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi-müəllimlərin diqqətinə çatdırılacağını söyləyib. Hər bir cüdo klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən videomaterial şəklində hazırlanan disklər veriləcək.

Tez bir zamanda isə federasiyamızın rəsmi saytında yeni yarış və hakimlik qaydalarının doğma dilimizdə tərcümə olunan material yerləşdiriləcək. Yerli seminarda bütün qərarlar nəzəri və praktiki olaraq hakimlər və məşqçilərin diqqətinə çatdırılıb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012