<-- əvvələ qayıt

Türkiyə klubu Reynaldonu istəyir

09.01.2017 01:58 | Oxunma sayı: 1263
Xəbərin şəklinə bax

Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi” klubu transfer çalışmalarını davam etdirir. Stadium.Az xəbər verir ki, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. 

Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Ankara klubu artıq “Qarabağ”a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir. “Gənclərbirliyi” Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


<-- əvvələ qayıt


wap.stadium.az / (c) 2012